Tehran metrosunda DƏHŞƏT: Hər kəsin gözü qarşısında - VİDEO

16 May 2024 09:37

Tehran metrosunun ikinci xəttində yerləşən "Fədək" stansiyasında gənc güllələnib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb.

Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb.

Məlumata görə, həmin gənci mülki geyimli silahlı şəxs vurub, daha sonra hadisə yerində hökumət qüvvələri insanların həmin anları çəkməsinə mane olublar.

Qeyd olunub ki, hələlik güllə yarası alan gəncin vəziyyəti, mülki geyimli qüvvələrin ona hansı səbəbdən atəş açması bəlli deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun