Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

16 May 2024 08:38

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Samir İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, ondan satış məqsədilə qablaşdırılmış külli miqdarda metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun