"Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO

16 May 2024 00:07

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Milli.Az-a NİİM-dən bildirilib.

Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun