Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin

16 May 2024 00:45

Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.

O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.

Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya bu gün sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.

Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun