Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib

15 May 2024 23:34

Slovakiya parlamenti Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TASR" məlumat yayıb.

Eyni zamanda deputatların mühafizəsini gücləndirmək üçün bir sıra tədbirlər görülüb. Bundan başqa parlament binasına səfərlər də dayandırılıb. Nümayəndələr Palatasının hazırkı iclası gələn həftəyə qədər təxirə salınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun