Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...

15 May 2024 22:24

Gürcüstanın paytaxtı Tiflisdə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbuluna etiraz edən aksiyaçılar yürüş keçirirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yürüş iştirakçıları "Çıx çölə, çıx!" şüarları səsləndirirlər.

Nümayişçilərin bir qrupu Qəhrəmanlar meydanını bağlayıb, bəziləri isə parlament binası yaxınlığında toplaşıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun