Güllələnən baş nazirin son vəziyyəti AÇIQLANDI YENİLƏNİB

16 May 2024 18:22

18:22

Sui-qəsdə cəhdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Slovakiya Prezidenti Peter Pelleqrini Banska-Bistrisa xəstəxanasında hökumət başçısını ziyarət etdikdən sonra jurnalistlərə məlumat verib.

"Baş nazir Robert Fitsonun vəziyyəti ağır olaraq qiymətləndirilir. O, ölümün bir addımlığında idi. Mənə onunla ancaq bir neçə dəqiqə danışmağa icazə verildi. Danışa bilsə də, çox yorulur", - deyə Pelleqrini qeyd edib.

-------
​06:42

Slovakiya Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "TA3" telekanalı məlumat yayıb.

Helikopterlə xəstəxanaya çatdırılan Baş nazirə ilkin yardım göstərilib, onun həyati vacib orqanlarının fəaliyyəti sabitləşdirilib. Onun şüuru yerindədir və həkimlərlə danışır.

***

Robert Fitso əməliyyatdan sonra süni koma vəziyyətinə salınıb.

***

Baş nazir Robert Fitsonun həyati təhlükəsi yoxdur.

Bu barədə baş nazirin müavini Tomas Taraba məlumat verib.

Əməliyyatın uğurla keçdiyini deyən Taraba baş nazirin sağ qalacağını bildirib.

-------
21:56

Slovakiyanın Baş naziri Robert Fikonun vəziyyəti ağırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə əmək və sosial məsələlər naziri Erik Tomas məlumat verib.

O bildirib ki, baş nazirin bir neçə orqanı zədələndiyindən əməliyyat ləngiyir.

"Robert Fikonun səhhəti ağırdır, çünki atəş açan şəxs baş nazirin bir çox daxili orqanlarına zərər vurub", - deyə Erik Tomas bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun