Məhkəmə İmran Xanla bağlı qərar verdi

15 May 2024 20:50

İslamabad Ali Məhkəməsi korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xanı zaminə buraxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İmran Xan həbsxanadan çıxmayacaq. O, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə cəzasını çəkməyə davam edəcək.

Xatırladaq ki, İmran Xan birinci iş üzrə 10, ikinci iş üzrə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun