Rusiyadan Almatı danışıqlarına reaksiya

15 May 2024 19:29

Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Biz mayın 10-11-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır. Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik. Lazım gələrsə, tərəfdaşlara hər cür kömək göstərməyə hazırıq", - Zaxarova bildirib.

XİN rəsmisi Almatıdakı təmasların Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin yol xəritəsini müəyyən edən üçtərəfli sazişlər kompleksinə uyğun olmasını vacib hesab edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun