Paşinyan Azərbaycanla sülh prosesi haqqında: Kosmosa uçuşlar da qeyri-real görünürdü

15 May 2024 19:18

Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.

"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir", - o bildirib.

Paşinyan diqqəti müxtəlif ölkələrin ərazilərindən keçəcək, həm bu dövlətlərin özləri, həm də regiondan kənar ölkələr üçün əhəmiyyət kəsb edən transregional kommunikasiyaların yaradılmasına yönəldib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun