Kadırovun “sağ əli” istefa verdi

15 May 2024 16:58

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ən yaxın adamlarından biri hesab olunan Maqomed Daudov Çeçenistan parlamentinin sədri vəzifəsindən istefa verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli "Qroznı" dövlət telekanalı yayıb.

M.Daudov bildirib ki, o, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşdən sonra bu qərarı verib.

Qeyd edək ki, o, 2015-ci ildən Çeçenistan parlamentinə rəhbərlik edib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun