Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir

15 May 2024 13:20

Fransanın paytaxtı Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi tükənir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin direktoru Etyen Tobua açıqlamasında bildirib.

Yarışın təşkili və keçirilməsi xərcləri təxminən 9 milyard avro olacaq.

"Biz bəzi fövqəladə ehtiyatlar saxlamışıq və ümid edirik ki, bunların hamısından istifadə etməyəcəyik", - deyə Etyen Tobua vurğulayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək. Paralimpiada isə avqustun 28-dən sentybarın 8-dək baş tutacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun