Bakıda qeyri-adi oğurluq - Taksidəki qadının...

15 May 2024 13:08

Bank kartından 2300 manat oğurlayan daha bir qadın saxlanılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə "Toyota" markalı avtomobildə sərnişin olan qadın sürücünün mobil telefonunu danışmaq adı ilə xahiş edib və nəticədə telefonda bank mobil tətbiqə daxil olaraq hesabda olan pulu talayıb.

Hadisə Bakıda olub. Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları həmin qadını müəyyən ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun