Bakıda it dişləyən azyaşlı qızın son vəziyyəti AÇIQLANDI

15 May 2024 11:25

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir.

Milli.Az bildirir ki, bunu Baku.ws-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

O bildirib ki, azyaşlının müalicələri davam etdirilir.

Yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun