Timsahı yumruqlayan qadına mükafat verdilər - FOTO

19 May 2024 09:02

Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bacısını xilas etmək üçün timsahın üzünə yumruq atan və cəsarətə görə mükafatlandırılanlar arasında olan 31 yaşlı britaniyalı Corciya Lori kral vətəndaş fəzilətləri siyahısına salınıb.

Əkiz bacılar 2021-ci ilin iyun ayında Meksikanın Puerto Eskondido şəhəri yaxınlığındakı göldə üzdükləri zaman bacılardan biri Melissaya timsah hücum edib və onu suyun altına dartıb aparıb. Bu zaman Corciya qorxmadan yırtıcının üzərinə gedib və ona zərbə endirib. Hər iki bacı ağır yaralansa da, sağ qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun