Biləsuvarda yol qəzasında yaralananlarn sayı 4-ə çatdı - YENİLƏNİB

15 May 2024 11:00

Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Xatırladaq ki, hadisə bu gün Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb. Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb.

-------

10:07

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun