Trampın təyyarəsi qəza törətdi

15 May 2024 10:21

ABŞ-nin keçmiş prezidenti Donald Trampın şəxsi təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, hadisə Florida ştatının "West Palm Beach" beynəlxalq hava limanının ucqar hissəsində baş verib. Trampın Boeing 757 təyyarəsi park edilmiş biznes təyyarəsinin qanadına çırpılıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) toqquşmanı təsdiqləyərək, araşdırma apardıqlarını bildirsə də, təyyarənin Trampa məxsus olduğunu deməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun