Motosikletdə sıxılı vəziyyətdə qalan sürücü belə xilas edildi - VİDEO

15 May 2024 18:57

Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzası baş verib.

"Milli.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sərxoş halda olan sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun