Braziliya Prezidenti Jan-Pol Protesti işdən çıxardı

15 May 2024 10:12

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva "Petrobras" neft və qaz şirkətinin rəhbəri Jan-Pol Protesti dividend mübahisələri fonunda işdən çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, əsas səhmdarı Braziliya hökuməti olan şirkətin rəhbəri vəzifəsi 2012-2016-cı illərdə ölkənin Milli neft, Təbii qaz və Bioyanacaq Agentliyini idarə etmiş Maqde Şambriarda təklif edilib.

G1 yazır ki, Lula Da Silva icra hakimiyyəti ilə fikir ayrılıqlarına görə Protesti işdən çıxarmaq qərarına gəlib. O, xüsusən hökumətin səhmdarlara əlavə dividend ödəməmək, bu vəsaiti şirkətin ehtiyat fonduna yönəltmək qərarına qarşı çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun