Rusiyada da güclü zəlzələ oldu

15 May 2024 09:46

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin ocağı 96 km dərinlikdə yerləşib. Yeraltı təkanları episentri Petropavlovsk-Kamçatski şəhər dairəsində 78 km cənub-şərqdə, Avaça körfəzinin sularında olub

Bildirilib ki, xəsarət alanlar və dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun