NASA güclü günəş partlayışının görüntüsünü yayımladı - YENİLƏNİB - VİDEO

15 May 2024 12:10

Xəbər verdiyimiz kimi, ötən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, NASA güclü günəş partlayışının görüntüsünü yayımlayıb.

-------

09:38

Ötən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl - 2017-ci il sentyabrın 6-da müşahidə olunub.

Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.

Qeyd olunub ki, plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çata bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun