"Kişi özünə bəzək verməz"

15 May 2024 14:36

"Əgər insanın bir yerində nöqsan varsa, qulağı böyükdürsə, balacalaşdıra bilər, çənəsi uzundursa, kiçildə bilər. Amma kişi özünə bəzək verməz".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Söz xiridarı həmcinslərinin yaraşıqlı görünmək üçün estetik müdaxilələr etdirmələrinə qarşı olduğunu bildirib:

"Getsin üzünü şişirtsin, burnunu düzəltdirsin, bu olmaz. Saçı kəçəldirsə, tük əkdirmək normaldır. Mən ağarmış saçlarımı da qaraltmaram. Kim edərsə, özü bilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun