Eldar səssizliyini belə pozdu - FOTO

15 May 2024 09:28

Avroviziya qalibimiz və müsabiqənin Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov birinci yarımfinaldan sonra səsizliyini pozub.

Milli.Az olay-a istinadən bildirir ki, ifaçı sosial media hesabında builki təmsilçilərimiz Fəxri İsmayılov və İlkin Dövlətovla fotosunu paylaşıb.

"Uşaqlar, sizinlə fəxr edirəm. Belə davam edin", - deyə, o, yazıb.

Qeyd edək ki, Qasımovun iki ildir deleqasiyaya rəhbərlik etdiyi müddətdə Azərbaycan finala keçə bilməyib. Bu il finala vəsiqə qazana bilmədikdən sonra sosial şəbəkə istifadəçiləri Eldardan istefa verməyini tələb ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun