Təklif olsa, Ukraynaya qoşun göndərəcəyik - Conson

15 May 2024 08:59

İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin NATO üzvləri razılığa gələrsə, bunu nəzərdən keçirə bilərik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson jurnalistlərə bildirib.

"Anladığım qədər bu ilin əvvəlində Paris sammitində bir araya gələn ölkələr arasında ortaq mövqe yox idi və indi konkret təklif ortaya çıxsa, biz bu məsələyə baxa bilərik", - nazir qeyd edib.

Qeyd edək ki, Ukraynaya NATO qoşunlarının göndərilməsi təklifi ilə ilk dəfə Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun