İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.
Milli.Az report-a istinadən məlumat verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Vüsal Allahbaxış oğlu Məmməd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun