Bu ölkədə avtobus dərəyə aşdı: 13 ölü

15 May 2024 00:05

Perunun Ayakuço regionunda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Avtobus paytaxt Limadan Ayakuço şəhərinə hərəkət edən zaman idarəetməni itirib və dərəyə aşıb.

Nəqliyyat vasitəsində 34 nəfərin olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun