Gürcüstanla münasibətlər tamamən dəyişə bilər - Ağ Ev

15 May 2024 07:19

ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu ölkə ilə münasibətləri əsaslı şəkildə dəyişə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə edib.

"Bu qanun layihəsi qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə yenidən baxmağa məcbur edəcək", - sözçü deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun