Ruslar Xarkovda yaşayış binasına zərbə endirdi

15 May 2024 07:52

Səhər saatlarından Xarkovda artıq yeddi partlayış səsi eşidilib. Şəhərin mərkəzində hündürmərtəbəli binaya zərbə endirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov məlumat verib.

Onun sözlərinə görə, bütün partlayışlar yaşayış məntəqələrində baş verib.

"Bu hücumlarının nəticələri dəhşətlidir. Bu gün üçü uşaq olmaqla 18 nəfər xəsarət alıb.

Rusiya raketi ilə vurulan hündürmərtəbəli binadan insanların köçürülməsi lazım gələcək, çünki dağıntılar çoxdur", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun