Xarkovun atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb

14 May 2024 22:30

Ukraynanın Xarkov şəhərinin atəşə tutulması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Region başçısının sözlərinə görə, bu gün Rusiya Silahlı Qüvvələri Xarkov şəhərinin yaşayış rayonuna 7 hava zərbəsi endirib, nəticədə dinc sakinlər əziyyət çəkib. Atılan raketlərdən biri şəhərin mərkəzindəki çoxmərtəbəli binaya düşüb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralılar arasında 12 yaşlı qız, o cümlədən 61 yaşlı qadın və 73 yaşlı kişi də var. Onların vəziyyəti sabit qiymətləndirilir. Lakin xəsarət alan 28 yaşlı gəncin vəziyyəti ağırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun