Valeh Hüseynov işdən çıxarıldı

14 May 2024 20:28

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

Milli.Az bildirir ki,  bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, V.Hüseynov bu vəzifədə 2017-ci ildən çalışırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun