70 gündür itkin düşən qadının meyiti tapıldı - FOTO

14 May 2024 19:21

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun