Türkiyəli keçmiş futbolçu Mesut Özil bu gün İngiltərə Premyer Liqasında keçiriləcək "Tottenham" - "Mançester Siti" oyunu ilə bağlı maraqlı paylaşım edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında "Arsenal"da oynadığı dönəmdə əzəli rəqibi olan "Tottenham"a mesaj göndərib:
"Tottenham bu matçı uduzmasa, bir daha onlara lağ etməyəcəm. Söz verirəm".
Qeyd edək ki, Mesut Özil "Schalke", "Werder Bremen", "Real Madrid" və "Arsenal" kimi klublarda çıxış edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun