"Sən yalançısan!" - Paşinyan Danimarkada etirazla qarşılandı

14 May 2024 16:59

Danimarkaya işgüzar səfərə gedən Ermənistanın baş naziri Nikol Paşinyan yerli ermənilər tərəfindən etirazla qarşılanıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, erməni icmasının bir neçə nümayəndəsi Paşinyanı yalançı və demokratiyanın nə olduğundan xəbərsiz olduğunu bildirərək plakat qaldırıblar. 

"Onun sizə deyəcəyi hər şeyə inanmayın. O, yalançıdır. Ermənistanda demokratiya yoxdur", - deyə bildiriblər.

Aksiya iştirakçıları Paşinyanın istefasını tələb ediblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun