Azərbaycan çempionatında qolkiperdən qapıdan-qapıya QOL - VİDEO

14 May 2024 16:50

Azərbaycan çempionatında maraqlı hadisə baş verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Əvəzedicilər liqasında qapıçı qol vurub.

Bu, XXXIV turun "Qəbələ-2" - "Sabah-2" matçında baş verib. Qonaqların qolkiperi Emil Həbibov öz qapısından birbaşa zərbə ilə rəqibi məyus edib.

Hesab 1:1 olarkən fərqlənən qapıçı komandasını 81-ci dəqiqədə irəli çıxarıb. Amma Qəbələ təmsilçisi dörd dəqiqə sonra hesaba tarazlıq gətirib - 2:2.

Qeyd edək ki, mövsümün sonuna 2 tur qalmış "Sabah-2" bürünc medalı təmin edib. İkinci olan "Qəbələ-2" isə çempionluq üçün mübarizə aparır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun