Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konsert keçirilib - VİDEO - FOTO

14 May 2024 15:56

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Proqramda Ü.Hacıbəyli "Koroğlu" operasından uvertüra, Q.Qarayevin 3 nömrəli Simfoniya və "İldırımlı yollarla" baletindən 2 nömrəli Süitası səslənib. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az