Rasim Səttarzadə vəzifəsindən azad olundu

14 May 2024 15:22

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Bildirilib ki, o, çalışmanın son yaş həddinə görə (pensiyaya çıxma yaşı) işdən çıxarılıb.

Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu.\

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun