Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcək

14 May 2024 15:18

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında Cenevrədə görüş keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin Mətbuat xidməti yayıb. 

Məlumata görə, görüş parlament sədrlərinin 6-cı Ümumdünya Sammitinə hazırlıq iclası çərçivəsində baş tutacaq.

Belə ki, Simonyan mayın 15-18-də İsveçrədə səfərdə olacaq.

Xatırladaq ki, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında sonuncu görüş martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində keçirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun