Baydendən Rusiyaya daha bir qadağa

14 May 2024 22:20

Prezident Co Bayden Rusiya uranının ABŞ-a idxalını qadağan edən qanunu imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Prezident Rusiyada və ya Rusiya müəssisəsi tərəfindən istehsal olunan şüalanmamış az zənginləşdirilmiş uranın idxalını qadağan edən "Rusiya uranının idxalını qadağan edən qanun"u imzalayıb", - məlumatda deyilir.

Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə bildirib ki, imzalanan qadağa mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla ABŞ-ın enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun