Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşəcək

14 May 2024 14:34

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Sahibə Qafarova və Alen Simonyan arasında görüş mayın 16-da Cenevrədə keçiriləcək.

Görüş mayın 15-18-də parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun