Xırdalan sakini özünü zəhərlədi

24 May 2010 12:38
Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Xırdalan şəhər sakini 51 yaşlı Şahlar Sultanov sirkə turşusu içərək özünü zəhərləyib.

Ş.Sultanov ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun özünü zəhərləməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az