Ceyhun Bayramov ATƏT sədri ilə müzakirə etdiyi məsələləri açıqladı

14 May 2024 12:54

Bu gün İan Borqla birgə Azərbaycan-ATƏT arasında mövcud vəziyyəti müzakirə etdik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, görüş zamanı Malta-Azərbaycan arasında əməkdaşlıq, perspektivlər müzakirə edildi.

"Hesab edirik ki, xüsusilə enerji sahəsində böyük əməkdaşlıq perspektivlər mövcuddur", - deyə C.Bayramov bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun