Geyiminə görə tənqid olunan Bahar: “Sizə ayıb olsun!” - VİDEO

14 May 2024 10:49

Müğənni Bahar Lətifqızının toylardan birində geyindiyi libası müzakirələrə səbəb olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Moskavada məclisə qatılan sənətçinin geyimi bel dekolteli olub.

Sözügedən libasda çəkilən görüntülərini sosial şəbəkə hesabında yayımlayan Bahar izləyicilərin tənqidinə tuş gəlib. Onlar Bahara belə açıq-saçıq geyimi yaraşdırmadıqlarını bildiriblər. 

İfaçı tənqidlərdən və ünvanına yazılan mənfi şərhlərdən sonra qarderobunu açaraq həmin geyimin əslində elə olmadığını, bel dekoltesinin parça ilə bağlanıldığını bildirib.

Ətraflı videoda:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun