Türkiyəli aktrisa vəfat etdi - FOTO

14 May 2024 10:29

Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq.

Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb. O, kino karyerasına 1965-ci ildə Ajda Pekkan, Erol Taş, Gönül Yazır, Metin Oktayın da rol aldığı "Taçsız kral" filmi ilə başlayıb.

Gölçer 1999-cu ildə lentə alınmış "Yılan hikayesi" serialında da oynayıb. Karyerası ərzində bir sıra mükafatlara layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun