Rusiya Müdafiə Nazirliyi Kadrlar Baş İdarəsinin rəisi həbs olunub

14 May 2024 07:38

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

"General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır general barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə agentlik bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun