Əziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti olur?

14 May 2024 00:56

Əziz Yıldırım yenidən Türkiyənin "Fənərbağça" komandasının prezidenti ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 72 yaşlı funksioner bu barədə "Haber Qlobal"a açıqlamasında deyib. O bildirib ki, bu il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürəcək.

"Fənərbağça" klubuna prezident seçkiləri bu ilin iyununda baş tutacaq. "Sarı-lacivərdlilər"in hazırkı rəhbəri Əli Koçdur.

Qeyd edək ki, Əziz Yıldırım 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun