Mazandaranda xüsusi təyinatlılar sakinlərə hücum etdi

14 May 2024 06:25

Mazandaranda xüsusi təyinatlı qüvvələr Dəmavəndin Aru kəndində yerli sakinlərə hücum edərək onları döyüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, kənd sakinləri su qıtlığından əziyyət çəkdiyi halda içməli suyun villalar olan bölgəyə çəkilməsinə etiraz edən yerli sakinlər 200 nəfərdən ibarət xüsusi təyinatlıların hücumuna məruz qalıblar.

Xüsusi təyinatlılar qadınları döyüb, evlərin pəncərələrini sındırıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun