Ermənipərəst Menendezin məhkəməsi başladı

14 May 2024 00:25

Nyu Yorkun Manhetten bölgəsinin Federal Məhkəməsində xarici ölkələrdən rüşvət almaqda təqsirləndirilən ermənipərəst korrupsioner senator Robert Menendezin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Nyu Yorkun Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi Sidney Harold Steyn prosesin 6-7 həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun