Vuçiç Kuleba ilə görüşdən sonra elan etdi: Səfir geri qayıdır

13 May 2024 23:45

Serbiyanın Ukraynadakı səfiri Kiyevə qayıdacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra məlumat verib.

"Biz ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik və razılaşdıq ki, tezliklə iki ölkənin sahibkarları üçün iqtisadi forum təşkil edək", - Vuçiç qeyd edib.

Qeyd edək ki, 2022-ci il martın əvvəlində Serbiyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun