Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

13 May 2024 22:43

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə hesabında paylaşımında bildirib.

"Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik", - Kuleba qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun