Estoniya Ukrayna Silahlı Qüvvələrinə maddi-texniki dəstək vermək üçün Ukraynaya qoşun göndərmək imkanını nəzərdən keçirir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Breaking Defence" prezidentin təhlükəsizlik üzrə müşaviri Madis Rollaya istinadən məlumat dərc edib.
Onun sözlərinə görə, söhbət döyüş əməliyyatlarında birbaşa iştirakdan getmir. Belə ki, göndəriləcək ordunun cəbhədə vuruşan Ukrayna qüvvələrinə yardım göstərəcəyi bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun